Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan suveren dövlətdir, öz sərhədlərinə də özü nəzarət etməlidir

0

  •        27 sentyabr 2020 - ci il tarixdən başlayaraq Azərbaycan ordusunun əks hücum həmlələri qarşısında duruş gətirə bilməyən, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir Yumruğu başlarında partlayan ermənilər sonda məcbur olub kapitulyasiya aktına imza atdılar. Ancaq məğlubiyyətə baxmayaraq ermənilər yenə də öz şakərlərindən əl çəkmədilər. Yenə də onlar üçtərəfli bəyanatın müddəalarını pozmaqda davam edirlər. Onlara bu cəsarəti verən də bölgədə sülhməramlı missiya həyata keçirməli olan Rusiyanın sülhməramlı hərbi kontingentidir. Rusiya sülhməramlı hərbi kontingenti bu missiyanı sülhməramlı deyil, erməniməramlı kontingent kimi başa düşürlər. Azərbaycan əhalisini öz ərazilərində az qala mikroskop altından keçirdən sülhməramlılar erməni əhalisini, eləcə də digər əcnəbi vətəndaşları heç bir maneə olmadan, yoxlamadan Azərbaycan ərazisinə buraxır. Azərbaycanın dəfələrlə etiraz etməsinə baxmayaraq, sülhməramlılar ermənilər tərəfindən separatçılara silah - sursat daşınmasına da göz yummaqla məşğul olurlar. Sanki, onlar bölgədə sülhün deyil, gələcək münaqişələrin təməlini qoymaq üçün buraya göndəriliblər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 30 ilə yaxın bir müddət ərzində şəhər və kəndlərimizi darmadağın edən, yeraltı və yerüstü sərvətlərimizi talan edib Ermənistana daşıyan quldur ermənilər bu gün də Rusiya sülhməramlılarına arxalanaraq təbii​ sərvətlərimizi talan etməklə​, ekologiyamıza zərbə vurmaqla məşğuldurlar. Bütün bu qanunsuzluqları aradan qaldırmaq məqsədilə cari ilin dekabr ayının 3 - ü və 7 - də​ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar nazirliklərin nümayəndələri birlikdə ərazidə monitorinq aparmaq məqsədilə Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqlar aparmışlar. Sülhməramlı kontingentin komandanlığı​ Azərbaycan tərəfinə şərait yaradılacağına söz versə də, nədənsə razılaşdırıldığı kimi dekabrın 10 - da manitorinq üçün bölgəyə gələn Azərbaycan nümayəndə heyəti bir qrup erməni separatçısı tərəfindən əngəllənmişdir və sülhməramlılar da buna heç bir reaksiya göstərməmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​       Baş verənlərə etiraz əlaməti olaraq dekabr ayının 11 - də Azərbaycanın EKO sevərləri və Qeyi - hökümət təşkilatlarının nümayəndələri Xankəndi - Laçın yolunu bağlayaraq aksiya keçirməyə başlamışlar. Onlar Sülhməramlı kontingentin komandanı general Volkovla görüş tələb etmişlər. Təəssüflər olsun ki, üstündən beş gün keçməsinə baxmayaraq, hələ də gneral Volkov aksiyaçılarla görüşə gəlməyib. Aksiyaçıların tələbi bölgədə ermənilər tərəfindən törədilməkdə olan ekoloji terrora son qoyulmasından ibarətdir. Ermənilər yenə də öz xislətlərinə xas olaraq hay - küy qaldırıb guya Laçın koridorunun bağlanması haqqında əsassız informasiyalar yaymaqdadırlar. Halbuki, aksiyaçılar mülki və humanitar missiya daşıyan heç bir nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneəçilik törərmirlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 5 gündür ki, davam edən aksiyada iştirakçılar yeni tələblər də irəli sürmüşlər. Bu tələblər ondan ibarətdir ki, Laçın rayonu ilə Ermənistan respublikası arasında sərhəd buraxılış mənəqələri və gömrük postları qoyulsun. Bütün bunlar da haqlı tələblərdir, Azərbaycan suveren dövlətdir, öz sərhədlərinə də özü nəzarət etməlidir. Digər tərəfdən də hal - hazırda ermənilərin yaşadığı Xankəndi və ətraf ərazilər Azərbaycan respublikasının ərazisidir və həmin ərazilərdə hər - hansı bir mnitorinq aparmaq dövlətimizin suveren hüququdur. Ermənilər anlamalıdırlar ki, Azərbaycan 44 günlük Vətən savaşında onlara öz yerlərini göstərən Azərbaycandır. Gəmidə oturub gəmiçi ilə dava etmək dövrü artıq arxada qaldı. Onlar indi təbii sərvətlərimizi talan etmək əvəzinə 30 ilə yaxın müddət ərzində ərazilərimizdə törətdikləri vəhşiliklərə, dağıntılara, talanlara görə gələcəkdə ödəyəcəkləri təzminat haqqında düşünsələr daha yaxşı olardı. İqtisadiyyatı sıfır vəziyyətinə olan Ermənistan gələcəkdə hansı qapılarda dilənəcəkləri haqqında da düşünsələr, yenə də yaxşı olar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ermənilər əsas məqamı da qulaqlarında sırqa eləməlidirlər: "Dəmir yumruq yerindədir"! ​ ​ ​ ​ ​ ​Lamiyə Qarayeva, Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib72 dəfə
    Azərbaycan suveren dövlətdir öz sərhədlərinə özü nəzarət etməlidir

    Maraqlı gələ bilər
    195
    57
    64
    166
    66